Şəhid oğluna qurban kəsdirən ana vəfat etdi - FOTO

 11:20 13.02.2026     532

Vətən müharibəsi şəhidi gizir Telman Kəlbiyevin anası vəfat edib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, şəhidin anası Dilşad Kəlbiyeva yaşadığı Neftçala rayonunda dünyasını dəyişib.

Qeyd edək ki, T.Kəlbiyevin nəşi müharibə bitəndən xeyli sonra Murovdağ istiqamətində aşkar edilərək Neftçalaya gətiriləndə anası onun tabutu önündə qurban kəsdirmişdi.

1988-ci il təvəllüdlü T.Kəlbiyev vəfatından 85 gün sonra Neftçalanın Şəhidlər xiyabanında dəfn edilib. O, şücaətlərinə görə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Fotolarda: şəhid Telman Kəlbiyev


Vumart və Güvən reklamı Vumart Güvən