Meşədən kişi meyiti TAPILDI

 12:16 14.02.2026     492

Şabran rayonunda meşədən meyit tapılıb.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə fevralın 12-si saat 20 radələrində Zeyvə kəndi yaxınlığındakı meşə zolağında qeydə alınıb.

Kənd sakini 1983-cü il təvəllüdlü Nəsimi Mahmudovun meyiti həmin ərazidə aşkar edilib.

Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verdiyi rayon prokurorluğunda araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən