Sumqayıtda işə düzəltmək adı altında dələduzluq edən şəxs saxlanıldı

 16:20 14.02.2026     518

Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilir ki, zərərçəkmiş əvvəlcədən tanış olduğu şəxs tərəfindən “işə düzəltmək” adı altında 11500 manat vəsaitinin aldadılaraq ələ keçirilməsi barədə polisə müraciət edib.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 68 yaşlı C.Əhmədov saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən