Su kanalından 60 yaşlı kişi meyiti TAPILDI

 17:01 14.02.2026     624

Kürdəmirdə su kanalından 60 yaşlı kişi meyiti tapılıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Şilyan kənd sakini 1966-cı il təvəllüdlü İxtiyar Tarıverdi oğlu Şirəliyevin cansız bədəni su kanalında aşkarlanıb.

Hadisə yerinə FHN-in xüsusi riskli qəza xidmətinin əməkdaşları cəlb olunub. İxtiyar Şirəliyevin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Report

Vumart və Güvən reklamı Vumart Güvən