Bakıda estetik əməliyyat etdirən qadın ÖLDÜ - YENİLƏNİB

 12:57 16.02.2026     446

“Medi Hall” hospitalla bağlı səlahiyyətimizə aid olan bütün məsələlər Səhiyyə Nazirliyinin Analtik Ekspertiza Mərkəzi tərəfindən ciddi araşdırılır.

Redaktor.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq AEM-dən məlumat verilib.

***

Şəxsin “MediHall Hospital'”da ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Redaktor.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

"Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək", məlumatda deyilir.

***

Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.

Tibbi müdaxiləyə baxmayaraq o, fevralın 13-də vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən