Bu məktəbdə kütləvi zəhərlənmə - 10-a yaxın şagird xəstəxanaya yerləşdirildi

 10:20 17.02.2026     595

Fevralın 16-da saat 13:00 radələrində Göygöl rayonu ərazisində zəhərlənmə şübhəsilə 10 nəfər (7 kişi, 3 qadın) yeniyetmə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, bu barədə Göygöl Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

"Onlara digər dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenteritlər və kolitlər diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb", - məlumatda deyilir.

***

Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə C.Verdiyev adına Aşıqlı kənd ram orta məktəbində qeydə alınıb.

Belə ki, ötən gün dərs prosesi zamanı məktəbin 10-a yaxın aşağı sinif şagirdi özlərini pis hiss ediblər.

Dərhal şagirdlər xəstəxanaya yerləşdirilib, onlara yardım edilib.

İlkin iddialara görə, şagirdlər məktəbdə yedikləri qidadan zəhərləniblər.

Hadisə ilə bağlı adiyyatı qurumlar tərəfindən araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən