Neftçalada ad günündə 5 nəfər zəhərləndi

 12:04 17.02.2026     175

Neftçala rayonunda zəhərlənmə hadisəsi qeydə alınıb.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Bankə qəsəbəsində keçirilən ad günü məclisində baş verib.

Həmin tədbirdə iştirak edən 5 qohum gecə saatlarında qidadan zəhərlənmə diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən