Yol kənarında kişi meyiti TAPILDI

 10:12 23.02.2026     231

Şəmkir rayonunun Abbaslı kəndində yol kənarında 36 yaşlı şəxsin meyiti tapılıb.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Çinarlı qəsəbə sakini, 1990-cı il təvəllüdlü Elçin Qurbanovun meyiti rayonun Abbaslı kəndi ərazisində aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.

İlkin baxış zamanı meyitin üzərində  zorakılıq əlamətləri olmayıb.

Hadisə ilə bağlı Şəmkir Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən