Zərdabda 5 günlük körpə ÖLDÜ

 13:32 23.02.2026     385

Ötən gün Zərdabda 5 günlük körpə Qasımov Alparslan Nurlan oğlu vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya körpənin babası Tahir Qasımov məlumat verib.

Onun iddiasına görə, körpənin ölümünə səbəb həkim səhlənkarlığıdır: “Uşaqda sarılıq əlamətləri var idi. Zərdab Rayon Mərkəzi Xəstəxanasına apardıq, lakin orada ona səhv diaqnoz qoyuldu. Nəticədə səhhəti ağırlaşdı. Onu Bakıda xəstəxanaya çatdırsaq da, həkimlərin bütün səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmadı”.

Qeyd edək ki, bu, ananın ilk hamiləliyidir.

Vumart və Güvən reklamı Vumart Güvən