7 kəndi birləşdirən yolda sürüşmə oldu - FOTO

 11:12 25.02.2026     347

Lənkəranda yolda sürüşmə olub.

Redaktor.az xəbər verir ki, son günlər yağan intensiv yağışlardan sonra Lənkəran rayonunun Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi baş verib. Nəticədə yolun asfalt örtüyü çöküb, nəqliyyatın hərəkətinə çətinliklər yaranıb.

Qeyd edək ki, sözügedən yol 7 yaşayış məntəqəsini şəhər mərkəzi ilə birləşdirir (APA).

2
Vumart və Güvən reklamı Vumart Güvən