Bakıda tanınmış aparıcının bloqer qızı qəzaya DÜŞDÜ

 12:14 26.02.2026     413

Bakıda məşhur bloqer avtoqəzaya düşərək xəsarət alıb.

Redaktor.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində qeydə alınıb.

Nuray Muxtarovanın idarə etdiyi "Chevrolet" markalı avtomobil kəsişmədə başqa bir maşınla toqquşub.

Qəza zamanı xəsarət alan bloqer Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, N.Muxtarova "Space TV"də çalışan tanınmış aparıcı Humay Muxtarovanın qızıdır.

Bakıda tanınmış aparıcının bloqer qızı qəzaya düşdü

Bakıda tanınmış aparıcının bloqer qızı qəzaya düşdü

Vumart və Güvən reklamı Vumart Güvən