Göyçayda saxlanılan şəxsdən narkotik və avtomat götürüldü

 10:32 27.02.2026     507

Göyçayda saxlanılan şəxsdən narkotik vasitə və avtomat götürülüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də dəfələrlə məhkum olunmuş 33 yaşlı Əlixan Məmmədov saxlanılıb.

Onun yaşadığı ünvandan psixotrop maddə olan metamfetamin, eləcə “Kalaşnikov” markalı avtomat və 126 ədəd patron aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən