Şamaxıdakı zəlzələ Bakıda da hiss olundu - YENİLƏNİB
Şamaxıda 5 bal gücündə zəlzələ olub.
Bu barədə Redaktor.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Məlumata görə, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.
***
Azərbaycanda hissedilən zəlzələ olub.
Bu barədə Redaktor.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, zəlzələ Şamaxıda baş verib.
Yeraltı təkan yerli vaxtla 15:52-də baş verib.
13 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 4,7-dir.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.
Sosial şəbəkə istifadəçiləri sözügedən zəlzələnin Bakı və Sumqayıt ərazisində də hiss edildiyini yazıblar.













