Naxçıvan aeroportuna dron hücumu – Hadisə yerindən GÖRÜNTÜLƏR
Martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub.
Redaktor.az AZƏRTAC-a istinadla Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumundan sonra hadisə yerindən çəkdiyi fotoları təqdim edir.
Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Hava Limanının binasına zərər dəyir, iki mülki şəxs xəsarət alıb.



















