Sumqayıtda qadın qətlə yetirildi - Qaçan ərini polis saxladı

 12:15 06.03.2026     201

Sumqayıt şəhərində 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadənin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan Redaktor.az-a verilən məlumata görə, ilkin araşdırmalarla 1977-ci il təvəllüdlü İsmayıl Ramazanovun Mehriban Ağabalazadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Ramazanov iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

***

Bu gün səhər saatlarında Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi ərazisində qətl hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, Yevlax rayon sakini, 1977-ci il təvəllüdlü İsmayıl Ramazanov aralarında yaranmış münaqişə zəminində arvadı, 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadəyə bıçaq xəsarətləri yetirib.

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerindən qaçan İ. Ramazanovu polis əməkdaşları tutaraq istintaqa təhvil veriblər.

Araşdırma aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən