Xalasının 28 min manatını oğurlayan qızı polis SAXLADI

 12:03 07.03.2026     286

Xətai rayonu ərazisində bir qadın polisə müraciət edərək yaşadığı evdən 28 min manat pulun oğurlandığını bildirib.

Redaktor.az xəbər verir ki, Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin bacısı qızı N.Nəzərova müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin həmin maddi vəsaiti xalasının mənzilində yaşadığı müddətdə hissə-hissə taladığı məlum olub.

Araşdırma davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən