Goranboyda iki avtomobil toqquşdu - Xəsarət alanlar var

 23:54 07.03.2026     807

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, qəza rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” və “VAZ-21015” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində 3 nəfər - 2010-cu il təvəllüdlü T.Tağızadə, 1979-cu il təvəllüdlü E.Quliyeva və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəza yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən