Şəmkirdə avtomobil aşdı - 5 nəfər xəsarət aldı

 22:00 08.03.2026     306

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, “Nissan” markalı minik avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən