Şamaxıda qəza nəticəsində üç nəfər yaralandı

 23:50 08.03.2026     261

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Göylər kəndinə gedən yolda qeydə alınıb.

Hadisə nəticəsində 1977-ci il təvəllüdlü Ağayev Ramin, 1963-cü il təvəllüdlü Nuriyev Həsənağa və Zülfüqarov Zöhrab müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Onların vəziyyətinin orta ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən