Hamamda partlayış - Ölən var

 11:08 10.03.2026     436

Ağdaşda evlərdən birində partlayış baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu gün saat 05 radələrində Ağdaş şəhər sakini 1948-ci il təvəllüdlü Zakir Abdulla oğlu Rəsulov yaşadığı evin hamam otağında olarkən “kalonka” kimi tanınan metal su qızdırıcısı partlayıb.

Nəticədə qaynar su onun üzərinə tökülüb. Dərhal xəstəxanaya çatdırılan Z.Rəsulov vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən