Tovuzda partlayış - Xəsarət alanlar var - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Aşağı Quşçu kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m. olan fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış nəticəsində evə ziyan dəyib, üç nəfər xəsarət alıb.
Yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
Tovuzda fərdi yaşayış evində partlayış olub.
Redaktor.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini 1967-ci il təvəllüdlü Z. Cəfərova məxsus 4 ortaqlı fərdi yaşayış evində qaz sızması nəticəsində anidən partlayış olub.
Nəticədə 1997-cü il təvəllüdlü C. Cəfərov, 2005-ci il təvəllüdlü T. Cəfərova və 2024-cü il təvəllüdlü F. Cəfərov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Onlara dərhal yardım edilsə də hər üç yaralı vəziyyətinin ağır olması ilə bağlı Bakıya göndərilib.
Partlayış nəticəsində evdə dağıntılar olub, ev tamamilə yararsız hala düşüb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır (APA).













