Qazaxda narkotik satışını təşkil edən şəxs saxlanıldı

 09:58 17.03.2026     226

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

Redaktor.az xəbər verir ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 54 yaşlı Vüsal Abdullayev şübhəli şəxs qismində saxlanılıb.

Ondan, ümumilikdə, 5 kiloqram marixuana və digər növ narkotik vasitələr, həmçinin elektron tərəzi aşkarlanıb.

V. Abdullayev narkotikləri satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Vumart və Güvən reklamı Vumart Güvən