Neftçalada maşın kanala aşdı - Yeniyetmə qardaşlar ÖLDÜ

 12:40 20.03.2026     423

Neftçalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Qaçaqkənd kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “99-TE-303” dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobil qəfil idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində kənd sakinləri – 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu və onun qardaşı, 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu hadisə yerində həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

22
Vumart və Güvən reklamı Vumart Güvən