Cinayətdə şübhəli bilinən 17 nəfər saxlanıldı

 10:43 22.03.2026     236

Martın 21-də ölkə ərazisində qeydə alınan 24 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 34, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

⁠Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

⁠Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən