24 yaşlı qız Nizami məqbərəsində körpüdən yıxıldı - FOTO

 15:46 25.03.2026     350

Gəncədə qadın körpüdən yıxılaraq xəsarət alıb.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Gəncə-Bakı avtomobil yolunda Nizami Gəncəvinin məqbərə-kompleksinin körpüsündə baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Zinyət Əşrəfova xəstəxanaların birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir. 

Faktla bağlı araşdırma başlanılıb.

 

Vumart və Güvən reklamı Vumart Güvən