Gəncədə “Renault" aşdı - Ailənin 4 üzvü yaralandı

 20:48 25.03.2026     443

Gəncənin Cavad Xan qəsəbəsində ağır qəza baş verib.

Redaktor.az xəbər verir ki, “Renault Megane” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb və aşıb.

İlkin məlumata görə, qəzada 9 yaşlı Y. Hümbətov, 14 yaşlı T. Hümbətova və daha iki nəfər müxtəlif dərəcəli bədən xəsatləri alıb. Yaralıların bir ailənin üzvü olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır (Qafqazinfo).

Vumart və Güvən reklamı Vumart Güvən