Ağdamda mina partladı - Xəsarət alan var

 14:33 26.03.2026     467

Ağdamda mina hadisəsi baş verib.

Redaktor.az  xəbər verir ki, hadisə rayonun işğaldan azad olunmuş Yusifcanlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu minaya düşərək xəsarət alıb.

Hazırda ANAMA əməkdaşları yaralının ərazidən çıxarılması üçün hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən