Qanunsuz saxlanılan 2 pulemyot, 15 tüfəng aşkar olundu

 10:57 27.03.2026     296

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Redaktor.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 2 pulemyot, 1 tapança, 6 qumbara, 6 alışdırıcı, 15 tüfəng, 29 patron darağı və 1813 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Vumart və Güvən reklamı Vumart Güvən