Qobustanda avtomobil aşdı - Sərnişin öldü

 18:47 27.03.2026     609

Bu gün saat 12 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, nəticədə nəqliyyat vasitəsində olan sərnişin - 67 yaşlı Məzlumə Xəlilova aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən