Şamaxıda güclü leysan avtomobillərin hərəkətinə çətinliklər YARATDI

 11:32 28.03.2026     302

Dünən gecə saatlarından başlayan güclü leysan yağışları şimal-qərb bölgəsində müəyyən çətinliklər yaradıb.

Redaktor.az xəbər verir ki, güclü leysan yağışları nəticəsində Şamaxı, İsmayıllı və Qəbələ rayonlarında su səviyyəsi yüksəlib.

Hazırda Şamaxı rayon ərazisində güclü leysan səbəbi ilə yollarda su səviyyəsi qalxıb, avtomobillərin hərəkətində çətinliklər müşahidə olunur.

Vumart və Güvən reklamı Vumart Güvən