Rasim Balayev vəfat ETDİ

 14:04 29.03.2026     1224

Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev vəfat edib.

Bu barədə məlumatı onun yaxınları Redaktor.az-a təsdiqləyib.

Məlumata görə, aktyor İstanbulda yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib.

Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.

Qeyd edək ki, Rasim Balayev 1948-ci ildə anadan olub və uzun illər Azərbaycan teatr səhnəsində və kinematoqrafiyada fəaliyyət göstərib.

Aktyor “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərində yaratdığı obrazlarla tamaşçıların sevgisini qazanıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən