Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

 20:52 30.03.2026     231

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub.

Piyada xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən