Qida borusunda yemək qalan qadın ÖLDÜ

 13:59 06.04.2026     281

Bakının Ələt qəsəbəsində 64 yaşlı qadın qida borusunda yemək qalması nəticəsində ölüb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə aprelin 4-də saat 20 radələrində baş verib.

Belə ki, Ələt qəsəbə sakini 1962-ci il təvəllüdlü Aygün Lətif qızı Abbasovanın yaşadığı evdə qida borusunda yemək qalıb. Nəticədə o, həyatını itirib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən