Quba–Qonaqkənd yolunda sürüşmə oldu - Fəsadlar aradan qaldırılır - FOTO

 10:45 07.04.2026     360

Quba rayonunda Qonaqkənd istiqamətində torpaq sürüşməsi qeydə alınıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, sürüşmə prosesi hazırda da davam edir.

Sürüşmə nəticəsində Qonaqkənd istiqamətində nəqliyyat əlaqəsi məhdudlaşıb, kommunikasiya xətləri zədələnib.

Hazırda vəziyyət nəzarətdə saxlanılır.

Rəsmi qurumlar fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görür, ərazidə intensiv iş aparılır.

222
Vumart və Güvən reklamı Vumart Güvən