Xaçmazda yol qəzasında bir nəfər ÖLDÜ

 11:30 11.04.2026     229

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, Həsənqala kəndi ərazisində hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili yolu keçmək istəyən 36 yaşlı İzzət Cəlilovu vurub.

Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən