Masazırda 2 qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB
Aprelin 11-də Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bu barədə Redaktor.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, 2 nəfərin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
***
Abşeron rayonunun Masazır qəsəbəsində iki qadın qətlə yetirilib.
Redaktor.az xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində 39 və 30 yaşlı iki şəxsə kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.
Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.













