Zaqatalada maşın piyadanı vurub ÖLDÜRDÜ

 00:00 14.04.2026     527

Zaqatalada ölümlə nəticələnən qəza baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadla  xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, Səfər Kələşov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən piyada 55 yaşlı İmdat İsmayılovu vurub.

Piyada aldığı xəsarətdən xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən