Şirvanda əməliyyat - Bir nəfər həbs edildi - VİDEO

 09:05 14.04.2026     375

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ruslan Əliyev saxlanılıb.

Redaktor.az xəbər verir ki, ondan 8 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Vumart və Güvən reklamı Vumart Güvən