Yasamaldakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

 16:48 15.04.2026     415

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Vidadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində taxta konstruksiyalardan ibarət hər mərtəbəsi 60kv.m. olan ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yaşayış evinin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb.

Evin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub.

***

Paytaxtın Yasamal rayonu ərazisində güclü yanğın başlayıb.

Redaktor.az xəbər verir ki, Nəriman Nərimanov prospektinin yaxınlığında - “Sovetski” adlanan ərazidə açıq alovla müşayiət edilən yanğın müşahidə olunur.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

Əlavə məlumat veriləcək (Qafqazinfo).

 

Vumart və Güvən reklamı Vumart Güvən