Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı

 10:08 16.04.2026     279

Aprelin 15-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 86, o cümlədən borclu şəxs qismində axtarışda olan 71 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən