Gədəbəydə körpə qızdırmadan ÖLDÜ - YENİLƏNİB

 13:33 16.04.2026     357

Gədəbəydə ötən gün 2025-ci il təvəllüdlü körpə hərarət, təngənəfəslik və digər şikayətlərlə ağır vəziyyətdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Redaktor.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ona bronxlarda yaranan irinli ifrazat, qıcolma və asfiksiya diaqnozu təyin edilib.

Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 03:30 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.

***

Gədəbəydə xəstəxanada körpə ölümü qeydə alınıb.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, aprelin 15-də saat 5 radələrində Kiçik Qaramurad kənd sakini, 2025-ci il təvəllüdlü Rəsul Elman oğlu Əsədov xəstəxanada qızdırmadan ölüb.

Faktla bağlı araşdırmalar Gədəbəy Rayon Prokurorluğu tərəfindən aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən