Bakıda qəza oldu - Motosikletçi öldü

 09:59 20.04.2026     298

Bakıda avtomobil motosikletlə toqquşub.

Redaktor.az xəbər verir ki, hadisə dünən gecə saatlarında Xəzər rayonunda baş verib.

Belə ki, Cəmil Behbudov idarə etdiyi “Mercedes E-280” markalı avtomobillə Qala-Şüvəlan yolunda hərəkətdə olan zaman yolun qarşı tərəfindən gələn Vüqar Əşrəfzadə idarə etdiyi motosikletlə toqquşub.

Qəza nəticəsində Vüqar Əşrəfzadə aldığı xəsarətlərdən ölüb.

Fakt üzrə cinayət işi başlanılıb (APA).

Vumart və Güvən reklamı Vumart Güvən