Gənc oğlan futbol oynayarkən infarktdan ÖLDÜ

 12:07 20.04.2026     401

Sumqayıt şəhərində 23 yaşlı oğlan infarktdan ölüb.

Redaktor.az xəbər verir ki, hadisə aprelin 18-də Bulvar küçəsində yerləşən futbol meydançasında qeydə alınıb.

Sumqayıt şəhər sakini 2003-cü il təvəllüdlü Müsü Alıyevin futbol oynayarkən infarktdan öldüyü bildirilir.

Faktla bağlı şəhər prokurorluğu tərəfindən araşdırma aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən