Tovuzda bədbəxt hadisə - Azyaşlını cərəyan vuraraq öldürdü

 13:15 22.04.2026     424

Tovuzda bədbəxt hadisə baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Çatax kəndində qeydə alınıb. Kənd sakini 2020-ci il təvəllüdlü S.Quliyev yaşadığı evin həyətində oynayarkən elektrik cərəyanı vurub. 6 yaşlı uşaq hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən