21 yaşlı gənc ölü TAPILDI

 10:28 24.04.2026     260

Biləsuvar rayonunda 21 yaşlı gəncin meyiti tapılıb.

Reedaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Melioratorlar qəsəbəsində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü İslam Hüseynovun cansız bədəni yaşadığı mənzilin həyətində aşkar edilib.

Qeyd edək ki, İ.Hüseynov Biləsuvarın “Şəhriyar” futbol klubunun məşqçisi Fədail Niftiyevin bacısı oğludur. İsmayıl qardaşı ilə birgə dayısının himayəsində böyüyüb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən