Marşrut avtobusu ilə “Jek” işçisini vurub öldürdü

 12:05 25.04.2026     356

Bakıda ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə aprelin 24-ü saat 08 radələrində Sabunçu qəsəbəsinin ərazisində yerləşən körpünün altındakı keçiddə qeydə alınıb.

Paytaxt sakini 2001-ci il təvəllüdlü Ələşrəf Əliyev idarə etdiyi “Daewoo” markalı 10 TG 712 qeydiyyat nişanlı marşrut avtobusu ilə yolu keçən Mənzil-Kommunal Təsərrüfat Birliyinin işçisi paytaxt sakini 1960-cı il təvəllüdlü Firudin Hacıyevi vurub.

Xəstəxanaya yerləşdirilmiş F.Hacıyev orada ölüb.

Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən