Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya DÜŞDÜ - YENİLƏNİB

 18:52 26.04.2026     632

Cəlilabadda qəza nəticəsində xəsarət alanlardan 5 nəfərin şəxsiyyəti məlum olub.

Redaktor.az-ın verdiyi xəbərə görə, qəza nəticəsində 2002-ci il təvəllüdlü Hüseyn Zeynalov, 2002-ci il təvəllüdlü Samir Seyfullayev, 1977-ci il təvəllüdlü Zaur Tahirov, 1999- cu il təvəllüdlü Yusif Nəzərov və 2012-ci il təvəllüdlü Həzrətəli Tahirov xəsarət alıblar (APA).


***

Cəlilabadda qəza nəticəsində 7 nəfər xəsarət alıb. 

Redaktor.az xəbər verir ki, Zopun kəndi ərazisində “Vaz 2106” və “Lada” markalı minik avtomobilləri toqquşub. 

Qəza nəticəsində 7 nəfər xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır (APA).

***

Cəlilabadda buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşüb.

Redaktor.az-ın verdiyi xəbərə görə, hadisə Cəlilabad rayonunun Zopun kəndində baş verib.

Belə ki, 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanından qayıdan şagirdləri kəndə aparan avtomobil digər kənd sakininin idarə etdiyi avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alanlar var.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən