İki ay əvvəl evlənən qazi ÖLDÜ - FOTO - YENİLƏNİB

 15:59 27.04.2026     524

Lerik rayonunun Nəsodi kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olan 1999-cu il təvəllüdlü Motlayataq kənd sakini Həmzə Pənah oğlu Mirseyidzadə ilə bağlı bəzi detallar məlum olub.

Redaktor.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, H.Mirseyidzadə Vətən müharibəsi iştirakçısı olub.

Lerikdə AĞIR QƏZA: İki ay əvvəl evlənən qazi ÖLDÜ - FOTO

O, iki ay əvvəl ailə həyatı qurubmuş.

Faktla bağlı araşdırma aparılır.

***

Lerikdə yük maşını dərəyə aşıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayon ərazisində qeydə alınıb.

Astara sakini - 1999-cu il təvəllüdlü Həmzə Mirseyidzadənin idarə etdiyi "QAZ-66" markalı yük avtomobili idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Xəsarətlər alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunsa da, həkiməqədər ölüm faktı baş verib.

Faktla bağlı araşdırma aparılır.

Lerikdə ağır qəza: Yük maşını dərəyə aşdı, 27 yaşlı sürücü öldü - FOTO

Vumart və Güvən reklamı Vumart Güvən