1 yaşlı körpəyə ölümündən əvvəl qoturluq diaqnozu təyin olunub - RƏSMİ - YENİLƏNİB
Bakıda hospitalizasiya olunan körpənin ölümü ilə bağlı araşdırma aparılır.
Redaktor.az xəbər verir ki, TƏBİB-dən “Qafqazinfo”ya verilən məlumata görə, aprelin 25-i saat 11:00 radələrində 2025-ci il təvəllüdlü kişi cinsli körpə təcili tibbi yardım briqadası tərəfindən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə yerləşdirilib.
Bildirilib ki, körpəyə qoturluq diaqnozu qoyulub və ona zəruri tibbi yardım göstərilib. Müalicəsi müəssisənin 2-ci Dermatoveneroloji şöbəsində davam etdirilib.
Məlumata görə, aprelin 26-sı saat 16:30 radələrində azyaşlının bioloji ölümü qeydə alınıb.
Qeyd olunub ki, meyit təşrih edilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Hadisənin səbəbləri TƏBİB-in tabeliyində olan tibb müəssisələrində göstərilən xidmətin keyfiyyətinin qiymətləndirilməsi və ölüm hallarının təhlili üzrə Komissiya tərəfindən araşdırılır.
***
Bakıda bir yaşlı körpə ölüb.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, Binəqədi rayon ərazisində aprelin 26-da 2025-ci il təvəllüdlü Ağahüseyn Elşən oğlu Əliyev müayinəyə aparıldığı xəstəxanada ölüb.
Körpənin pnevmaniyadan öldüyü bildirilir.
Faktla bağlı araşdırmalar aparılır.













