Bakıda bu universitetdə yanğın OLDU - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yerləşən Memarlıq və İnşaat Universitetinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Redaktor.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, Universitetin həyətində taxta tullantılarının yandığı müəyyən edilib.
Havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlərin peşəkarlığı və çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ali təhsil müəssisəsinin ərazisində taxta materialları 50 kv.m. sahədə, 13 mərtəbəli birinci tədris korpusunun xarici divarının alkopondan ibarət üzlüyü 20 kv.m. sahədə yanıb, binanın birinci mərtəbəsinin 2 ədəd pəncərə çərçivəsi yüksək temperaturdan deformasiyaya uğrayıb.
Universitetin binası yanğından mühafizə olunub.
***
Azərbaycan Memarlıq və İnşaat Universitetində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a bildirilib ki, universitetin həyətində taxta tullantıları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb.
Məsələ ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetindən bildirilib ki, universitetin bir hissəsində yanğın baş verib.
"Tələbələrdən xəsarət alan yoxdur” - məlumatda qeyd olunub.













